Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İsrail kəşfiyyat orqanları Baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə nəfəri şübhəli şəxs qismində saxlayıb.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, məlumatı “Tayms of İsrail” qəzeti yayıb. Nəşrin məlumatına görə, sızıntı İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilər. “Axios” portalı isə saxlanılan şəxslərdən birinin Netanyahunun köməkçisi olduğunu iddia edib.
Hazırda həbs edilən köməkçinin ətrafında araşdırmalar aparılır. Onun hansı ölkənin kəşfiyyatl ilə əlaqədə olması barədə isə hələki heç bir açıqlama verilmir.
A.Məmmədli