13 Noyabr 2023 / 11:06

İSRAİL ORDUSU İORDAN ÇAYININ QƏRB SAHİLİNDƏ 36 FƏLƏSTİNLİNİ SAXLAYIB

İsrail təhlükəsizlik qüvvələri bazar ertəsi gecə İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 36 nəfəri saxlayıblar ki, onlardan 14-ü Qəzza zolağında hakim HƏMAS hərəkatının tərəfdarıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Yəhudeya və Samariyada təhlükəsizlik qüvvələri 14-ü HƏMAS terror təşkilatının tərəfdarı olmaqla axtarışda olan 36 şəxsi saxlayıb”, – deyə məlumatda bildirilir.

Ümumilikdə, oktyabrın 7-dən İsrail hərbçiləri İordan çayının qərb sahilində 1650 fələstinlini, o cümlədən 950-si Həmas tərəfdarını saxlayıb, mətbuat xidməti əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!