Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Oktyabr 2024 / 04:26

İSRAİL ORDUSU LİVANDAN UÇAN ŞÜBHƏLİ OBYEKT AŞKAR EDİB

İsrail hərbçiləri Livandan sərhədə yaxınlaşan “şübhəli hava hədəfi” görüblər.

Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, obyekt İsrail ərazisinə yaxınlaşıb, lakin sərhədi “şərqdən” keçməyib. “Hadisə həll edilmiş hesab olunur”, – məlumatda deyilir.

Ordunun mətbuat xidməti onu da bildirib ki, obyekt aşkar edilməzdən əvvəl İsrailin şimalında Yuxarı Qaliley və Qərbi Qalileydə hava hücumu sirenləri səslənib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Livandan ölkənin hava məkanına daxil olan pilotsuz uçan aparatı ələ keçirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!