28 Dekabr 2023 / 14:37

İSRAİL TÜRKİYƏYƏ ULTİMATUM VERİB

İsrail Ankaradakı səfirini geri qaytarmaqdan imtina edib. Ölkənin xarici işlər naziri Eli Koen X sosial şəbəkəsində Türkiyə hakimiyyətinə ultimatum verib.

“Nə qədər ki, (Prezident Tayyib) Ərdoğan Türkiyədə hakimiyyətdədir, səfirimiz Ankaraya qayıtmayacaq”, – deyə nazir bildirib.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu onu nasist Almaniyasının lideri Adolf Hitlerlə müqayisə edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana cavab verib. Onun sözlərinə görə, türk siyasətçisi başqalarına mühazirə oxuya bilməz.

Bundan əvvəl Ərdoğan bildirib ki, Netanyahunun bu gün etdiyi əməllərlə Hitlerin cinayətləri arasında heç bir fərq yoxdur.

​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!