8 Oktyabr 2023 / 13:27

İSRAİLDƏ ÖLƏNLƏRİN SAYI 600- Ü KEÇDİ

Bu dəqiqələrə İsraildə Fələstinin HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 600-ə yüksəlib.

Tezadlar.az xəbər verir ki, bu faktı İsraildə yaşayan tanınmış politoloq- yazıçı Mark Qorin “Təzadlar”a təsdiqləyib. Onun sözlərinə görə, İsrail hökuməti bu gün ölkədə hərbi vəziyyət elan edib: “… Deyim ki, indiyədək 2 min nəfərdən çox yaralı var. İsrail hökuməti bunun cavabını lazımi səviyyədə verıcək…”.

Təəssüflər olsun, hələki müharibə gərginliyinin qarşısını almaq mümkün görünmür…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!