21 Fevral 2024 / 08:06

İSRAİLİ TƏXRİBATDA QINADILAR

İranın neft naziri Cavad Ouci fevralın 14-də İsraili ölkənin magistral qaz kəmərini sıradan çıxarmaq üçün təxribat törətməkdə ittiham edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Nazirin sözlərinə görə, qaz kəmərinin yalnız bir neçə qoluna ziyan dəyib və İsrail təxribat törətmək məqsədinə nail olmayıb. Qeyd edək ki, partlayış və ardınca yanğın İranın Borucen şəhərində magistral qaz kəməri xəttində baş verib.

Bölgədə isə gərginlik davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!