10 Fevral 2024 / 16:43

“İSTANBUL” BAZARINA HÜCUM: 4 NƏFƏR GÜLLƏLƏNDİ

Rustavi şəhərində yerləşən İstanbul bazar ərazisində silahlı insident baş verib.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bazara daxil olan 1988-ci il təvəllüdlü şəxs bazar ərazisində bir neçə nəfərə atəş açıb, nəticədə 4 nəfər həlak olub bir nəfər isə yaralanıb.
 Məlumata əsasən, ölən şəxslərdən biri cinayəti törədən şəxsin əmisi, yaralı gənc isə əmisi oğludur. Polis əməkdaşları cinayətkarı hadisə yerində həbs ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunub və araşdırma davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!