Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İsveçin baş naziri Ulf Kristersson məktubunda macar həmkarı Viktor Orbanla Stokholmun NATO-ya qəbulu ilə bağlı fevralın 1-də Brüsseldə görüş keçirməyə razılaşıb.
Bu barədə “SVT Nyheter” telekanalı məlumat yayıb.
“Mən hər ikimiz üçün əlverişli vaxtda Budapeştdə sizinlə bütün bu məsələləri daha ətraflı müzakirə etməyi səbirsizliklə gözləyirəm. Fevralın 1-də Avropa Şurasının Brüsseldə keçiriləcək mühüm toplantısında da görüşmək imkanımız olacaq”, – deyə İsveç baş naziri məktubunda qeyd edib.
Bundan əvvəl Orban Kristerssonu ikitərəfli görüş keçirməyə və İsveçin NATO-ya daxil olmasını müzakirə etməyə dəvət edib.
E.ŞİRİNOV