(“Mənim xatirələrim” silsiləsindən)
…80-ci illər sona çatırdı, mən onda cavandım, qızqaytaran vaxtlarımdı, Moskvada aspiranturada oxuyurdum. Damadedovdaydım, Bakıya gedirdim, həmişəki kimi Yeni ili ailəmizlə qarşılamaq istəyirdim. Pəncərədə elə qar yağırdi, elə bil göydən axşama ulduzlar yağırdı. Bayırda şaxta adamı kəsirdi, içəridə hamı harasa tələsirdi.
Mən idman çantamı çiynimə keçirmişdim, ağır yüklərini belində çəkən, tərəziyə qoyub yük yerinə təhvil verən, pul ödəyən yol yoldaşlarımı, soydaşlarımı seyr edirdim. Mən köhnə rəvayətdə olan, yanğında yanası evi olmayan, yanğına ləzzətlə baxan dərvişin mislindən idim, daşımağa yüküm olmadığından kef eirdim. Sən saydığıni say…
Hardasa 50+ yaşlarinda ənlikli-kirşanlı bir hanım mənə yaxınlasdı, köhnə tanış kimi salamlaşdı. Boy-buxunlu, görkəmli qadın idi, bahalı geyinmişdi. Uzun, boz rəngli dublyonkası, qara-boz xəzli papağı… “Poydyom pokurim” dedi, əski gözəlliyin izləri sezilirdi. Moskvada bu həm də “tanış olaq, söhbət edək” deməkdi. Odur ki, etiraz etmədim, siqaret çəkən deyildim. Ala-soyuq salondan balkona, şaxtalı-qarlı havaya çıxdıq…
Hanımın iki iri əl çantaşı vardı, ağırını mənim öhdəmə buraxdı, yüngülünü, altı təkərlisini özu dığırlatdı. Siz Bakıya baxmaýın, Moskvada yükünü bir dəqiqə gözündən uzaq eləsən, sənin deyil. Bayırda hanım üstü qaşlı cantasinı acdı, içindən qırmızı rəngli, uzunsov siqaret qutusu və qızılı rəngli alışqan çıxardi. Qara nazik siqareti damağina atdı, alışqanı mənə uzatdı. Kefimiz varıymıs, hanımın siqaretini aspirant yandırmalıymış…
Siqaretdən dərin bir qullab vurdu, tüstu ilə havaya “Pusta hanım Azizbekova, akademik” ifadəsi buraxdı. “Arif Rəhimov, aspirant” deməkdən başqa çarəm qalmadı. “Bildim, o daqa hiss etdim. Zimoy, bez dublyonki, v odnoy kurtke, v Moskve. Toçno tələbədi, spekulyant deyil”… Hanım danışdı, mən qulaq asdım. Həm də dedi ki, “Parijdən gəlirəm, “Nauçnı” konfransa getmişdim. Oğlum Məşədibəy tələbədir, kiçik maşın maketlərini yığır, Soyuzda da “Jiquli”dən, “Volqa”dan başqası tapılmır. Odur ki, Fransadan bütöv bir kolleksiya almışam, sənin əlindəki qutudadır. Ağırdır, ehtiyatla apar, mən apara bilmirəm, öz yükümü güclə çəkirəm… Mənimki fransuzski parfyumeriyadır, zaddır, Parijdən almışam”…
Nəhayət bizim təyyarəyə minik elan edildi, hanım ərklə qoluma girdi. “Mənim sapoqlarım hündürdür, yer də sürüşkəndir” dedi. Həmin gecə bərk şaxta idi, təyyarəyə aparan avtobuslar da işləmirdi. Qərəz hanımı, onun çantalarını təyyarəyə qədər çəkəsi oldum. Təyyarəınin yanında hanım sürüşdü, əyni qalın kürklü gombul bir kişinin üstünə düşdü, ikisi də yıxıldılar. Hanımı mən birtəhər qaldırdım, gombul özü qalxdı. Hadisədə hanım günahkar olduğundan kişi təbii olaraq, üzr istəmədi. Hanım bunu bəyənmədi, “beskulturnıy molodoy çelovek, spekulyant, svoloç” ifadələri işlətdi. Gombul da “kulturnı” deyildi, hanım düz deyirdi, “molçi, staraya suka” söyüşü eşidildi. Mən tez araya girdim, gombulu kənara itələdim, “ayıbdır” dedim…
***
Təyyarədə hanım ağır sumkanı mənə etibar etdi, özü “diplomat” salonuna keçdi. Gedəndə “Ölürəm də “skandal”çun… Sən narahat olma, Məşədibəy “slujebni” maşnda dalımca gələcək, səni evə çatdıracağam” dedi. Elə bil belimdən ağır bir yük götürüldü. Təyyarə Bakıya hardasa səhər saat 4-də enirdi, şəhərə gedən avtobuslar da saat 8-dən işləyirdi. Taksi pulum yox idi, 4 saat gözləməli idim. Havada saatlar keçdi, radioda Rəçid Behbudovun ifasında “Bakının ulduzları” mahnısı eşidildi, aşağıda Bakının işıqları sayrışdı. Təyyarədən düşəndə hanım yenidən qolumdan yapışdı. Gözləmə salonuna qədər hanımı daşıdım. Burda hanımı oğlu və sürücüsü gözləyirdi…
Məşədibəy 20 yaşlarında olardı, hündür oğlandı. Sürücü yaşlı adamdı, hanım dərhal çemodanların “birkalar”ını ona verdi, yükləri götürməyə göndərdi. Məndəki sumkanı da aldı, oğluna tapşırdı. Ana-bala bir kənara çəkildilər, sürücünü gözlədilər, mən yaddan çıxdım. “Bağda ərik var idi, salam-məleyk var idi”?! Mən belə fikirləşirdim, amma ümidlə gözləyirdim. Saat 4-ə qalırdı, avtobusların işləməyinə 4 saat qalırdı. Elə mən saata baxanda hanımın sürücüsü 2 yekə, təkərli çemodanla gəıldi. Heş mənimlə xudafizləşmədilər, sakitcə çıxıb getdilər…