Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndə husilərin Baş Qərargah rəisi və müdafiə nazirinin olduğu hərbi obyektə hücumu təsdiqləyib.
“Tezadlar” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
IDF hücumun nəticələrinin təsdiqlənməsini gözləyir.
“Bu, kəşfiyyat məlumatlarına əsaslanan mürəkkəb zərbə idi”, – məlumatda qeyd olunub.
Husilərin mümkün cavab zərbəsinə hazırlaşan IDF bildirib ki, bu addım kəşfiyyat məlumatlarına deyil, vəziyyətin ümumi qiymətləndirilməsinə əsaslanır.