Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az saytı xəbər verir ki, Türkiyə idmanının əfsanəvi siması, həm futbol, həm də basketbolda göstərdiyi müstəsna uğurlarla tarixə düşən Can Bartunun vəfatından 7 il ötür. “Fənərbaxça” klubu öz əfsanəsini sosial media hesablarında emosional bir paylaşımla yad edib.
Klubun paylaşımında: “Sinyorumuz, CAN’ımız… Əfsanəmiz Can Bartunu aramızdan ayrılışının 7-ci ildönümündə sevgi, hörmət və həsrətlə anırıq” ifadələrinə yer verilib.
Qeyd edək ki, Can Bartu eyni gündə həm milli basketbol, həm də milli futbol komandasının formasını geyinən yeganə idmançı kimi dünya tarixinə düşüb. O, zərif oyun tərzi və xarizması sayəsində “Sinyor” ləqəbini qazanmışdı.
Səbinə Bağırova
