10 Aprel 2026 / 11:59

II Yelizavetanın 100 illiyi şərəfinə unikal qarderobu nümayiş olunur – orada nələr yoxdur…

Bukingem Sarayı II Yelizavetanın anadan olmasının 100-cü ildönümününü qarderobunun unikal sərgisi ilə qeyd edir. Burada nələr yoxdur – uşaqlıq geyimlərindən tutmuş əfsanəvi taclarına qədər. Sərgidə onun fərqli stili və onilliklər ərzində qlobal modaya böyük təsir göstərdiyi əks olunub.

Sərgi mərhum Kraliçanın dünyaca məşhur qarderobuna nadir bir baxış təqdim edir.

yahoo.com saytının məlumatına görə, sərgi bu gün – 10 apreldə açılır və 18 oktyabra qədər davam edəcək.

Sərginin təxminən yarısı ilk dəfə ictimaiyyətə nümayiş olunur – əvvəllər görünməmiş uşaqlıq geyimlərindən tutmuş toy boyunbağları, tacları, hətta 2012-ci il London Olimpiadasının açılışında onun dublyorunun geyindiyi kostyuma qədər.

Kurator Karolin de Qitoya görə, sərgidə 300-dən çox əşya var.

Bu, Kraliçanın şəxsi kolleksiyasının ən ətraflı araşdırmasını təqdim edir və modanın onun rəsmi vəzifələrində niyə bu qədər vacib rol oynadığını anlamağımıza kömək edəcək.

II Yelizaveta parlaq və cəsarətli rənglərə olan meyli ilə tanınırdı və səfərləri zamanı tez-tez diplomatik məqsədlər üçün istifadə edirdi. Kraliça hesab edirdi ki, onu görməlidilər və inanmalıdırlar.

Sərgi, xüsusən də onun əfsanəvi şlyapalarını təqdim edən bölmədə əsl kaleydoskopdur: Çalma və beretlərdən tutmuş klassik dizaynlara qədər qalereyada 50-dən çox şəxsi baş aksesuarı nümayiş olunur.

Sərgidə faktura, parça nümunələri və Kraliçanın öz əlləri ilə qeyd olunmuş eskizlər kimi arxiv materialları ilə yanaşı, müxtəlif aksesuarlar da var.

Kult Launer çantaları, Rayne ayaqqabıları və onun sevimli ipək şarfları ilə yanaşı, ziyarətçilər 1940-cı və 1950-ci illərə aid günəş eynəyi, çətir, durbin və monoqramlı çamadanlar kimi şəxsi əşyaları da görə bilərlər.

***

Qeyd edək ki, II Yelizaveta kral VI Georgun ilk övladıdır. VI Georq isə kral V Georqun ikinci oğludur. Kraliça 21 aprel 1926-cı ildə Londonda – babasının 17 Bruton-strit ünvanında yerləşən evində anadan olub. 

Yelizaveta digər kişi vəliəhd olmadığından atasından sonra ikinci vəliəhd olur. Ancaq həmin il əmisi aristokrat nəslindən olmayan və boşanmış hersoqinya Uollis Simpsonla ailə qurmaq istədiyinə görə ölkədə Konstitusiya böhranı baş verir. Hökumətin və anqlikan kilsəsinin təkidli mövqeyindən sonra əmisi evliliyə üstünlük verərək taxt-tacdan imtina edir. Yelizavetanın atası kral elan edilir, onun özü isə vəliəhd olaraq Ülyahəzrət Şahzadə Elizabet titulu alır. 6 fevral 1952-ci ildə VI Georq vəfat etdikdən sonra Elizabet özünü tamhüquqlu kraliça elan edir. 24 mart 1953-cü ildə Vestminster abbatlığının qarşısında tacqoyma mərasimi keçirilr.

II Yelizaveta 2022-ci ildə – 96 yaşında dünyasını dəyişib.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!