Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yasamalda narkokuryerlikdə şübhəli bilinən iki qardaş həbs edilib. Bu barədə tezadlar.az- a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb. Onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.
Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.