Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələr keçirilib. Tezadlar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva müzakirələrdə iştirak ediblər.
Moderator Helqa Mariya Şmid: Mən üç il əvvəl Sizinlə birgə panel sessiyasında iştirak şərəfinə nail oldum. O vaxt mən ticarət marşrutlarının rəqəmsallaşması yolu bağlantılarını təşviq edən ATƏT-in Baş katibi idim. Ölkəniz Orta Dəhlizə xeyli sərmayə yatırıb. İcazənizlə bir sual verim: Rusiya ərazisi ilə Şimal marşrutu kimi alternativ marşrutlarla müqayisədə Avropa ilə Asiya arasında gələcəkdə ticarəti nəzərə alsaq, dayanıqlılıq və şaxələndirmə baxımından nə kimi imkanlar var?
Prezident İlham Əliyev: Çox sağ olun. Sonuncu dəfə panel sessiyasında görüşdükdən sonra regionumuzda dəhlizlər və bağlantılar baxımından xeyli dəyişikliklər olub. Həmin dövrdə Azərbaycan fiziki infrastruktura, o cümlədən dəniz limanları, dəmir yolları, magistral və hava yolları ilə yüklərin daşınmasına böyük sərmayələr yatırıb. Birmənalı olaraq, regional daşımalar qovşağına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır və Azərbaycanda həm Qərb, həm də Şərq istiqamətlərində belədir.
Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın coğrafi mövqeyi üstünlükdür, lakin fiziki infrastruktursuz onun mənası çox deyil. Ötən il biz Azərbaycan vasitəsilə daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstərici əldə etdik. Bir neçə ildən sonra həmin göstərici 200 min və hətta 300 min nəqliyyat vahidinə çatacaq. Hədəf 500 min nəqliyyat vahididir. Biz bu məqsədlə artıq dəniz limanımızın genişləndirilməsinə başlamışıq və hazırda orada sərmayələr yatırılır.
Regional bağlantı layihələri. Söhbət təkcə dəmir yollarından getmir, həmçinin fiber-optik kabellər də nəzərdə tutulur. Hazırda Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi üzərində Mərkəzi Asiyadakı tərəfdaşlarımızla sıx işləyirik. O, bu il hazır olmalıdır və Ermənistanla sülh qurulduqdan sonra yeni imkanlar əldə olunub. Azərbaycandan Ermənistana və oradan Avropa istiqamətində gedən dəhlizin yük həcmi baxımından böyük potensialı var. Azərbaycan hazırda öz ərazisində dəmir yolunun çəkilməsinə sərmayə yatırır. Azərbaycan ərazisində – ölkəmizin əsas hissəsi və eksklav Naxçıvanda çəkiləcək və bərpa olunacaq dəmir yolunun tam uzunluğu 600 kilometrdir. Ermənistanda həmin yolun uzunluğu 40 kilometrdən bir az çoxdur. Çəkilən kimi biz Azərbaycan vasitəsilə Orta Dəhlizin iki hissəsinə malik olacağıq. Bu, Qərb ilə Şərq üçün faydalı olacaq və təbii ki, Cənubi Qafqazda yerləşən ölkələrə də fayda verəcək.
XXX
İlham Əliyev daha sonra ayrı- ayrı sualları cavablandırıb.