Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2025 / 11:31

İlham Əliyev Portuqaliya Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti  Marselu Rebelu de Souzaya Portuqaliya Respublikasının milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Tezadlar.az  xəbər verir ki, məktubda deyilir:

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Marselu Rebelu de Souzaya 

Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2025-ci il

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!