22 Yanvar 2026 / 07:30

İlham Əliyev “Qarabağ” futbol klubunu qələbə münasibətilə təbrik etdi

Prezident İlham Əliyev “Qarabağ”ı qələbə münasibətilə təbrik edib. Tezadlar.az Prezident İlham Əliyevin sosial şəbəkə hesabına istinadla xəbər verir ki, Paylaşımda deyilir: “Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın “Qarabağ”!”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!