Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2026 / 23:02

İmişlidə kişi bıçaqlanaraq öldürülüb – qadın saxlanıldı

Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində yanğın hadisəsinin baş verməsi və həmin evdə naməlum kişi meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, ilkin yoxlama zamanı meyitin 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcov olması və onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.

Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Cəfərova iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!