Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın Hamburq şəhərində bir qadına canavar hücum edib.
Tezadlar.az xəbər verir ki, Alman Xəbər Agentliyinin (DPA) məlumatına görə, dünən axşam Hamburqun Altona rayonundakı Qross Berq küçəsindəki bir alış-veriş mərkəzində bir canavar qadına hücum edib.
Qadın mərkəzdə avtomatik qapılar arasında ilişib qalmış canavara kömək etməyə çalışarkən hücuma məruz qalıb. Canavar onu dişləyib.
Qadın Eppendorf Universitet Klinikasına aparılıb və orada ambulator müalicə alıb və daha sonra evə buraxılıb.
Hadisədən sonra canavarın Binnenalster gölünə tərəf qaçdığı bildirilir. Vətəndaşlar canavarı gördüklərini telefonla bildiriblər və daha sonra səlahiyyətlilər tərəfindən tapılıb tutulub.
Canavar daha sonra Hamburqun qərbindəki Klövenşteen vəhşi təbiət parkına aparılıb.
Həmçinin bildirilib ki, Təbiəti Mühafizə üzrə Federal İdarə 1998-ci ildə Almaniyada canavarlar yenidən geniş yayıldıqdan bəri bir insanın canavar tərəfindən hücuma məruz qaldığını ilk dəfə açıqlayıb.
“Bild” qəzetinin məlumatına görə, canavar tərəfindən dişlənən 65 yaşlı qadın üz nahiyəsindən xəsarət alıb.
E.ŞİRİNOV