Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…1948-ci ilin may ayında Bakının ali məktəblərinin birində elmi konfrans keçirilməsi nəzərdə tutulduğu üçün təşkilat komitəsi yaradılmışdır. Elmi konfransa münasibət ciddi olduğundan təşkilat komitəsinə Heydər Hüseynov, Abdulla Qarayev, Mirəli Qaşqay, Məhəmməd Əfəndiyev, Mehdi bəy İrəvanski, Zülfəli İbrahimov, Əli Sultanlı, Cəfər Xəndan, Səməd Vurğun, Qasım Cəfəroğlu kimi alimlər daxil idi.
Firidun Şuşinski tələbə elmi cəmiyyətinin sədri olduğuna görə bu konfransa daha ciddi hazırlaşmışdı. Onun mövzusu “Vaqif və Qarabağ” idi. Bu mövzunu ona tarixçi-alim Əlövsət Quliyev təklif etmişdi. Mövzu Firidun üçün çox doğma idi. Çünki hələ I kursda oxuyarkən o, Şuşanın tarixi ilə maraqlanır və doğma torpağı haqqında sənədlər toplayırdı. Bir də məlum idi ki, Molla Pənah Vaqif şair olmaqla yanaşı, həm də görkəmli dövlət xadimi və Qarabağ xanı İbrahimxəlil xanın baş vəziri olmuşdur. Mövzularla tanış olan təşkilat komitəsinin üzvü, şair Səməd Vurğun “Vaqif və Qarabağ” mövzusunun müəllifi ilə görüşmək istəyini bildirir… Görüş zamanı şair Firiduna üz tutub: -Qarabağlı balası, məruzən çox xoşuma gəldi, lakin razılıq versən, onun adını “Vaqif və Qarabağ” yox, “Vaqif bir dövlət xadimi kimi” qoyardım. Çünki bu əsərdə Vaqif bir dövlət xadimi kimi verilib.
Sonra şair əsərin adının üzərindən bir xətt çəkib, qara qələmlə “Vaqif bir dövlət xadimi kimi” sözlərini yazır və aşağıda da imzasını qoyur. Beləliklə, Firidunun qələmə aldığı bu mövzu onun ilk mətbu əsəri olur…
Aslan Kənan,
Tədqiqatçı
(Xüsusi olaraq «Təzadlar» üçün)