2023-cü ildə hər 100 min nəfərə düşən cinayətlərin sayına görə dünyanın ən təhlükəli ölkəsi Venesueladır.

Bu barədə World Population Review portalının apardığı araşdırmada deyilir.

 Ən təhlükəli ölkələrin ilk üçlüyünə Papua - Yeni Qvineya və Cənubi Afrika  Respublikası (CAR) da daxildir.

 Ekspertlər qeyd edirlər ki, Venesuelada hər 100 min nəfərə 80-dən çox cinayət törədilir.

 Əfqanıstan siyahıda dördüncü, Honduras isə beşinci yerdədir. İlk onluğa Trinidad və Tobaqo, Qayana, El Salvador, Braziliya və Yamayka da daxildir.

 Qeyd edək ki, 2022-ci ildə ölkələrin təhlükəsizliyini nümayiş etdirən illik reytinq dərc edilmişdi. Qradasiya aşağıdakı kimidir: təhlükənin ifrat səviyyəsi, yüksək, orta, orta, aşağı, geosiyasi risk.

Ötən ilki təhlükəli ölkələr siyahısı bir qədər fərqli idi və siyahıda Ukrayna da yer almışdı:

Ukrayna

Liviya

MAR

Yəmən

Somali

Burkina Faso

Suriya

Əfqanıstan.

 

Dünyanın ən təhlükəsiz ölkələri isə aşağıdakılar hesab edilirdi:

 

Yeni Zelandiya

Kanada

Yaponiya

Cənubi Koreya

İslandiya

Qrenlandiya

İrlandiya

Danimarka

Norveç

Portuqaliya

Kipr

Almaniya

Lüksemburq

İsveçrə

Çexiya

Macarıstan

Sloveniya

Xorvatiya

Polşa

Litva

Estoniya

Latviya.

 

JASMİN