2023-cü ildə hər 100 min nəfərə düşən cinayətlərin sayına görə dünyanın ən təhlükəli ölkəsi Venesueladır.
Bu barədə World Population Review portalının apardığı araşdırmada deyilir.
Ən təhlükəli ölkələrin ilk üçlüyünə Papua - Yeni Qvineya və Cənubi Afrika Respublikası (CAR) da daxildir.
Ekspertlər qeyd edirlər ki, Venesuelada hər 100 min nəfərə 80-dən çox cinayət törədilir.
Əfqanıstan siyahıda dördüncü, Honduras isə beşinci yerdədir. İlk onluğa Trinidad və Tobaqo, Qayana, El Salvador, Braziliya və Yamayka da daxildir.
Qeyd edək ki, 2022-ci ildə ölkələrin təhlükəsizliyini nümayiş etdirən illik reytinq dərc edilmişdi. Qradasiya aşağıdakı kimidir: təhlükənin ifrat səviyyəsi, yüksək, orta, orta, aşağı, geosiyasi risk.
Ötən ilki təhlükəli ölkələr siyahısı bir qədər fərqli idi və siyahıda Ukrayna da yer almışdı:
Ukrayna
Liviya
MAR
Yəmən
Somali
Burkina Faso
Suriya
Əfqanıstan.
Dünyanın ən təhlükəsiz ölkələri isə aşağıdakılar hesab edilirdi:
Yeni Zelandiya
Kanada
Yaponiya
Cənubi Koreya
İslandiya
Qrenlandiya
İrlandiya
Danimarka
Norveç
Portuqaliya
Kipr
Almaniya
Lüksemburq
İsveçrə
Çexiya
Macarıstan
Sloveniya
Xorvatiya
Polşa
Litva
Estoniya
Latviya.
JASMİN