Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən 1 iyul 2025-ci il tarixinədək ümumi ixrac olunan Azərbaycan nefti həcmləri 612,2 milyon ton təşkil edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında deyilir.
Məlumatda bildirilir ki, bu həcmin 88 faizi BTC kəmərinin payına düşüb.
Qeyd edək ki, 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalının ərazisində Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçıları Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadzenin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir.
Kəmərin istismar müddəti 40 ildir.