Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 19:05

İnternet kəsintisini öncədən biləcəksiniz – müvafiq tapşırıqlar verilib

Azərbaycanda planlaşdırılan internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat veriləcək.

Tezadlar.az xəbər verir ki, trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə operator və provayderlər cəlb etməklə yerinə yetiriləcək müvafiq tapşırıqlar verilib.

Belə ki, ölkədə xidmət təchizatçıları tərəfindən şəbəkə və xidmətlərin dayanıqlılığına təhlükə yaradan qəzalar, kütləvi kəsintilər barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində normativ hüquqi sənədlərə zəruri əlavələr ediləcək.

Həmçinin, operator və provayderlərin internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat verilməsini təmin etmək məqsədilə internet informasiya ehtiyatlarında müvafiq məlumatlar yerləşdiriləcək.

Görüləcək işlərin 2026-cı il avqustun 31-dək yekunlaşdırılması planlaşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!