Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ölkəyə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaydığı rəsmi bəyanatda məlumat verilib. Bəyanatda qeyd olunur ki, görüşün ləğvinə səbəb Elina Valtonenin “qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlar verməsi” olub.
Xatırladırıq ki, Elina Valtonen dünən Tbilisidə, Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyasına qatılıb və etirazçılarla görüşüb. Etirazçılar bildiriblər ki, ATƏT sədri ilə etirazın səbəbləri və gələcək planları barədə danışıb. Bu isə ölkənin siyasi rəhbərliyində ciddi narazılıqla qarşılanıb. Hansı ki, həmin tədbirdə Gürcüstanın sabiq prezidenti də iştirak edib.
A.Məmmədli