5 Aprel 2026 / 19:51

İran: ABŞ-İsrail hücumlarında indiyə qədər 245 şagird və 58 müəllim həlak olub

ABŞ-İsrail hücumlarında indiyə qədər ölkə daxilində 245 şagird və 58 müəllimin həlak olduğu açıqlanıb.

Tezadlar.az bildirir ki, ISNA xəbər agentliyinin Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, 28 fevralda hücumlar başlayandan bəri 245 ibtidai və orta məktəb şagirdi (141 oğlan, 104 qız) həlak olub.

Həmçinin bildirilib ki, hücumlarda 58 müəllim (17 kişi, 41 qadın) həlak olub.

Şagird itkilərinin böyük əksəriyyəti ABŞ tərəfindən vurulan Minabdakı ibtidai məktəbə edilən hücumda baş verib. İran Qızıl Aypara Cəmiyyəti 28 fevralda ABŞ-İsrail hücumunda, o cümlədən Hormozqan, Minabdakı qızlar ibtidai məktəbində 168 uşaq olmaqla 180-dən çox insanın öldüyünü açıqlayıb. Hücumun ABŞ tərəfindən törədildiyi və məktəbə 40 dəqiqə ərzində iki dəfə zərbə endirildiyi məlum olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!