Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talayi Nik ölkəsinin düşmən tamamilə təslim olana qədər ABŞ-İsrail ittifaqına qarşı müharibəni davam etdirəcəyini bildirib.
Tezadlar.az xəbər verir ki, “Tasnim” Xəbər Agentliyinin məlumatına görə, Talayi Nik məsələ ilə bağlı verdiyi açıqlamada bildirib: “Xalqın tələblərinə, komandanlıq strukturunun vurğusuna və şəhid ailələrinin gözləntilərinə uyğun olaraq, Silahlı Qüvvələr və Müdafiə Nazirliyi düşmən tamamilə dayandırılıb təslim olana qədər müharibəni qətiyyətlə davam etdirəcək”.
“Düşmən gəmilərindən əsər-əlamət qalmadı”
Düşmənin dəniz sektorunu faktiki olaraq tərk etdiyini iddia edən Nik bildirib: “Bu gün Fars körfəzində və Oman körfəzində düşmən gəmilərindən əsər-əlamət yoxdur. Bu, onların bu ərazidə tamamilə çökdüyünün göstəricisidir”.
E.ŞİRİNOV