Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

– ABŞ senatoru Kris Merfi: “Trampın İranla fəlakətli müharibəsi davam edir”
ABŞ senatoru Kris Merfi bildirib: “Trampın İrana qarşı başlatdığı fəlakətli müharibə artıq 4 həftədir davam edir və Hörmüz boğazı hələ də bağlıdır. Bu hadisə tamamilə proqnozlaşdırılan idi, lakin buna baxmayaraq, Trampın bu böhranla mübarizə aparmaq üçün heç bir planı yox idi və hələ də yoxdur.”
– İranın BMT yanındakı nümayəndəliyi: “Qeyri-təcavüzkar gəmilər Hörmüz boğazından keçə bilər”
İranın BMT yanındakı Daimi Nümayəndəliyi “X” platformasındakı rəsmi hesabında qeyd edib: “Qeyri-təcavüzkar gəmilər, o cümlədən digər dövlətlərə məxsus və ya onlarla əlaqəli olan su nəqliyyat vasitələri — İrana qarşı hər hansı təcavüzkar aktda iştirak etməmək, bu növ fəaliyyətlərə dəstək verməmək və elan edilmiş təhlükəsizlik reqlamentlərinə tam riayət etmək şərti ilə — İranın səlahiyyətli qurumları ilə koordinasiyalı şəkildə Hörmüz boğazından təhlükəsiz keçid hüququndan yararlana bilərlər.”
– ABŞ-da Trampın reytinqinin kəskin şəkildə aşağı düşməsi
“Reuters/Ipsos”un yeni rəy sorğusu göstərir ki, amerikalıların yalnız 36%-i Trampın fəaliyyətini bəyənir. Bu, onun 2025-ci ilin yanvarında hakimiyyətə gəlişindən bəri ən aşağı göstəricidir.
– Dr. Taddeus Russell: “ABŞ tarixində bir ilk”
Amerikalı tarixçi və siyasi fəal Dr. Taddeus Russell qeyd edib: “Bu, ABŞ-ın qlobal imperiya tarixində (1776-cı ildən bəri) ilk müharibədir ki, burada çox sayda ABŞ vətəndaşı, bəlkə də xəbərləri izləyənlərin əksəriyyəti düşmənin qələbəsini istəyir!”
– Əraqçı: “Pekin və Moskva ABŞ-ın Təhlükəsizlik Şurasından sui-istifadəsinə imkan verməməlidir”
İranın xarici işlər naziri çinli həmkarı ilə apardığı müzakirələr zamanı Tehranın BMT Təhlükəsizlik Şurasının üzvlərindən, xüsusilə də Pekin və Moskvadan olan gözləntisini ifadə edib. O bildirib ki, bu dövlətlər ABŞ və sionist rejimin təcavüzkar aktlarını birmənalı şəkildə pisləməli və Vaşinqtonun Təhlükəsizlik Şurasından sui-istifadə etməsinin qarşısını almalıdırlar. Çin tərəfi, öz növbəsində, İrana qarşı həyata keçirilən hərbi təcavüzü pisləyən prinsipial mövqeyini bir daha təsdiqləyib. Nazir, həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi cənab Laricaninin şəhid olması ilə bağlı başsağlığı verərək, onu regionda sülhün və milli maraqların qorunmasında müstəsna xidmətləri olan görkəmli və vətənpərvər dövlət xadimi kimi xarakterizə edib.
İranın xarici işlər naziri regiondakı mövcud gərginliyin kökündə məhz ABŞ və sionist rejimin törətdiyi cinayətlərin dayandığını vurğulayaraq qeyd edib ki, İran öz suverenliyini və ərazi bütövlüyünü qorumaq naminə düşməni bu vəhşi təcavüzünə görə peşman edənədək mübarizəsini davam etdirəcəkdir.
Hörmüz boğazındakı vəziyyətə toxunan nazir, bu su yolundakı qeyri-sabitliyin regiondakı ümumi gərginlikdən ayrılmaz olduğunu diqqətə çatdırıb: “Fars körfəzində tətbiq edilən təhlükəsizlik tədbirləri tamamilə beynəlxalq hüquq normalarına uyğundur. Bu addımlar milli təhlükəsizliyin təmini və təcavüzkarların bu strateji keçiddən İrana qarşı plasdarm kimi istifadə etmələrinin qarşısını almaq məqsədi daşıyır.”
– Azərbaycanlı ekspert: “Trampın danışıqlar təklifinin üç məqsədi”
Siyasi ekspert Asif Nərimanlı Rusiyanın “RİA Novosti” xəbər agentliyinə müsahibəsində bildirib ki, ABŞ-ın İranın enerji obyektlərinə hücumları təxirə salması və danışıqlar mövzusunu ortaya atması çoxməqsədli planın tərkib hissəsidir. Onun sözlərinə görə, Vaşinqton 5 günlük fasilə elan etməklə neft qiymətlərini aşağı salmağa, raket ehtiyatlarını bərpa etməyə və daxili müxalifət qarşısında mövqeyini möhkəmləndirməyə çalışır.
– Ərdoğan: “Dünya Netanyahunun hakimiyyəti qorumaq naminə apardığı müharibənin bədəlini ödəyir.”
Türkiyə Prezidenti İsrail Baş nazirinin siyasətini kəskin tənqid edərək, münaqişələrin dərhal dayandırılmasını və beynəlxalq birliyin sülh üçün cəsarətli mövqe nümayiş etdirməsini tələb edib.
– Əraqçi: “Almaniya Prezidentinin mövqeyi təqdirəlayiqdir”
İranın XİN başçıs: “Beynəlxalq hüquq praktikada tənəzzülə uğrayır; bu, Qərbin Qəzza və Ukrayna məsələlərində nümayiş etdirdiyi ikili standartlardan, eləcə də ABŞ və İsrailin İrana qarşı təcavüzü qarşısındakı sükutundan qaynaqlanan bir reallıqdır. Bununla belə, Almaniya Prezidenti Frank-Valter Ştaynmaerin iranlıların hüquqlarının pozulmasını pisləməsi təqdirəlayiqdir; bu, Qərb liderləri arasında nadir rast gəlinən bir mövqedir. Qanunun aliliyinə inananların bu pozuntular qarşısında səssiz qalmaması və öz etiraz səslərini ucaltmaları zəruridir.”
– Rusiya Müdafiə Naziri: “İranın ABŞ-da olmayan raket sistemləri var”
Rusiya Müdafiə naziri bildirib: “Bəli, dediklərimiz həqiqətdir: İranın elə hücum raket sistemləri var ki, ABŞ-da belə yoxdur. Bunlar indiyədək istifadə olunmamış çox müasir raketlərdir. İranın raket ehtiyatı təkcə İsraili deyil, bütün Yaxın Şərqi məhv etməyə qadirdir. Biz ABŞ və İsrailə müharibəni dərhal dayandırmağı və hərbi əməliyyatların uğursuzluğunu elan etməyi bəyan edirik. Əks halda, itkilər və zərbələr gözlənilməz olacaqdır.”