9 Aprel 2026 / 08:42

İran Hörmüz boğazında neft tankerini geri qaytardı

Hörmüz boğazından keçməyə çalışan neft tankeri geri qaytarılıb və Fars körfəzinə qayıdıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İran xəbər agentliyi SNN məlumat yayıb.

Söhbət Panama bayrağı altında üzən Auroura neft məhsulları tankerindən gedir. Marinetraffic gəmi izləmə portalından əldə edilən interaktiv xəritədə gəminin həqiqətən də Hörmüz boğazına doğru getdiyi, sonra geri döndüyü və Fars körfəzində qaldığı göstərilir.

Bir müddət əvvəl ABŞ İranın Hörmüz boğazını açmaq barədə razılığını açıqlamışdı. Ağ Evin mətbuat katibi Kerolin Levit qeyd edib ki, ABŞ 8 apreldə gəmiçilik fəaliyyətində artım müşahidə edib. Onun sözlərinə görə, Tramp və komandası Tehranla yalnız Hörmüz boğazının açıq qalması şərti ilə danışıqlar aparacaqlar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!