10 Aprel 2026 / 07:12

İran nümayəndə heyəti Pakistana gəlib: ABŞ- la danışıqlar üçün

Ötən gecə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəlib. Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Pakistan artıq 11 apreldə danışıqlar aparmağa hazırlaşır. ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!