2 Aprel 2026 / 17:51

İran ordusu bölgədəki ABŞ-a məxsus metal emalı zavodlarını vurdu

İran ordusu ABŞ və İsrailin ölkənin sənaye infrastrukturuna hücumlarına cavab olaraq bölgədəki ABŞ-a məxsus metal emalı zavodlarını raket zərbələri ilə hədəfə aldığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İran mediasının məlumatına görə, müharibəni aparan İran ordusunun bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı, “Əsl Vəd 4 Əməliyyatı”nın 90-cı dalğasında ABŞ və İsrailin İranın sənaye infrastrukturuna hücumlarına cavab olaraq Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ABŞ metal sənayesinə və Bəhreyndə alüminium zavodlarına raket və dronlarla zərbə endirildiyini bildirib.

İran ordusu hücumlarda çoxlu ABŞ əsgərinin öldüyünü və hədəf alınan ərazilərdə sıx təcili yardım maşınlarının hərəkətinin müşahidə olunduğunu iddia edib.

İran ordusu həmçinin İranın sənaye obyektlərinə hücumların təkrarlanacağı təqdirdə daha sərt cavab verəcəyi barədə xəbərdarlıq edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!