Tezadlar.az bildirir ki, sosial mediada İranın 9-cu prezidenti Məsud Pezeşkian haqqında maraqlı və kövrək məqamlar paylaşılır. Məlum olur ki, Məsud Pezeşkianın ixtisasca ginekoloq olmuş xanımını və bir uşağını 90- cı illərdə avtomobil qəzasında itirəndən sonra evlənməyib. Ona görə prezident bəzi tədbirlərə qızı Zəhra ilə qatılır. Pezeşkianın oğlunun sözlərinə görə, anası sağ olanda da ailədə yemək bişirən atası olub.
Bir konfransda öz ailəsindən bəhs edən filmdə mərhum həyat yoldaşının şəklini görən Pezeşkian özünü saxlaya bilməyərək ağlayıb.
Şəkillərdə: mərhum yoldaşı və qızı Zəhra ilə…
Həyat belədir! Başdan-ayağa imtahandır, gərək onun imtahanlarına həmişə hazır olacan…
A.Məmmədli