Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Urmiya gölü İran prezidentini də ciddi narahat etməkdədir… “Urmiya bir vaxtlar İranın Parisi idi, indi isə nəyə oxşadığı da məlum deyil”, -deyən İranın Prezidenti Məsud Pezeşkian Urmiya gölü quruduqdan sonra bölgədəki vəziyyəti şərh edərkən belə deyib. Prezident Qərbi Azərbaycanın mərkəzi Urmiya şəhərində çıxışı zamanı onun çirklənməsi, ətraf mühitin, təbiətin məhv edildiyini sərt şəkildə pisləyib: “Urmiya bir vaxtlar İranın Parisi idi, indi, görün, biz onu nə günə qoymuşuq”. Bu zaman iclas zalında yerdən “Əfqanıstana oxşayır…” deyiblər, o da bunu təkrarlayıb: “Əfqanıstana çevrilib”.
Xatırladırıq ki, Urmiya gölünün quruması Qərbi və Şərqi Azərbaycan (mərkəzi Təbriz) əyalətlərinin təbiətini, ekologiyasını məhv edib. Mütəxəssislər bu təbii fəlakət səbəbindən regionda xəstəliklərin yaranacağını, quraqlığın olacağını proqnozlaşdırırlar. Hazırda gölün bərpası ümün bir sıra layihələr və tədbirlər müzakirə edilir.
A.Məmmədli