Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) Aerokosmik Qüvvələri komandanı briqada generalı Məcid Musəvi deyib: “Bu gün Səudiyyə Ərəbistanında ABŞ pilotlarının və uçuş heyətinin yerləşdiyi əraziyə hücum etdik. Dronlar və raketlərlə həyata keçirdiyimiz hücumlarda 200 nəfərlik bir komandanı vurduq.”
Tezadlar.az bildirir ki, Musəvi sosial media hesabında İranın ABŞ-a qarşı cavab hücumları ilə bağlı açıqlama verib.
O, “Bu gün Səudiyyə Ərəbistanında ABŞ pilotlarının və uçuş heyətinin yerləşdiyi əraziyə hücum etdik” deyib və əlavə edib ki, “dronlar və raketlərlə həyata keçirilən hücumlarda 200 nəfərlik bir qrupa zərbə endirdik.”
Musəvi həmçinin bildirib ki, “İndi AWACS təyyarələri, tankerləri və yanacaq anbarlarına əlavə olaraq, uçuş heyəti arasında itkilər Trampın itki və zərər siyahısına əlavə edilib.”
E.ŞİRİNOV