Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü ABŞ prezidenti Donald Trampın 48 saatlıq ultimatumuna və təhdidlərinə cavab verib.
Tezadlar.az xəbər verir ki, onun sözləri “Tasnim” xəbər agentliyi tərəfindən sitat gətirilib.
Hərbi rəsmi xəbərdarlıq edib ki, ABŞ İrandakı yanacaq və ya enerji infrastrukturuna hücum edərsə, İran da öz növbəsində ABŞ-ın və onun müttəfiqlərinin regiondakı enerji, informasiya texnologiyaları və duzsuzlaşdırma infrastrukturuna hücum edəcək.
Daha əvvəl Tramp Hörmüz boğazı 48 saat ərzində açılmazsa, ABŞ-ın bir neçə İran elektrik stansiyasını məhv edəcəyini bildirmişdi.
E.ŞİRİNOV