Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü polkovnik-leytenant İbrahim Zülfəqari ABŞ prezidenti Donald Trampın İranla uğurlu danışıqlarla bağlı son sözlərini lağa qoyub.
Tezadlar.az xəbər verir ki, bu barədə “Sky News” İran televiziyasına istinadən məlumat yayıb.
“Bəhs etdiyiniz strateji güc strateji uğursuzluğa çevrilib. Qlobal supergüc olduğunu iddia edən hər kəs bacarsaydı, bu qarışıqlıqdan çoxdan qurtulardı”, – deyə Zülfəqari bildirib.
Hərbçi həmçinin Trampın sülh danışıqları ilə bağlı sözlərini lağa qoyub. O, Vaşinqtondakı daxili münaqişələrin ABŞ prezidentinin “özü ilə danışıqlar apardığı” nöqtəyə çatıb-çatmadığını soruşub.
Donlad Tramp əvvəllər İranla danışıqlarda şəxsən iştirak etdiyini bildirmişdi. ABŞ tərəfindən danışıqlarda vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio, xüsusi elçi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner də iştirak edir.
Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin elçisi Stiven Uitkoffa İslam Respublikasının yeni Ali Lideri Müctəba Xameneinin ABŞ-İran danışıqlarına razılıq verdiyini bildirib. Onun sözlərinə görə, Xamenei Tehranın şərtləri yerinə yetiriləcəyi təqdirdə məsələnin mümkün qədər tez həll olunmasını istəyib.
E.ŞİRİNOV