6 Aprel 2026 / 23:17

İran: Urmiya Hava Limanı hədəfə alınıb

İran Urmiya Hava Limanı və bir neçə başqa yerin ABŞ və İsrail tərəfindən atılan raketlərlə hədəfə alındığını açıqlayıb.

Tezadlar.az bildirir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə Baş Direktoru Hamed Saffari məsələ ilə bağlı açıqlama verib.

Saffari bildirib ki, “Urumiya Hava Limanı və bir neçə başqa yer ABŞ və sionist düşmən tərəfindən atılan raketlərlə hədəfə alınıb”.

Saffari dəyən ziyanla bağlı məlumat paylaşmayıb, lakin hücumdan sonra əraziyə təcili yardım qruplarının göndərildiyini bildirib.

Bu arada, Xuzistan Qubernatorluğunun verdiyi açıqlamada Xurrəmşəhr şəhərindəki iki gəmiqayırma şirkətinin yenidən hava hücumlarına məruz qaldığı bildirilib.

Şəhəri bürüyən tüstü buludunun bu hücumlar nəticəsində yarandığı bildirilir, lakin heç bir itki qeydə alınmayıb.

Yəzd Qubernatorluğunun verdiyi açıqlamada ABŞ və İsrailin də Yəzdə hücum etdiyi, lakin bu hücumlarda heç bir itki qeydə alınmadığı bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!