Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran diplomatlarının Britaniya, Almaniya və Fransa nümayəndələri ilə nüvə proqramı məsələsinə dair danışıqları avqustun 26-na planlaşdırılıb.
“Tezadlar” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“İranın üç Avropa ölkəsi və Avropa İttifaqı ilə danışıqlarının gələn çərşənbə axşamı xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdirilməsi qərara alınıb”, – məlumatda bildirilib.
Telekanal qeyd edib ki, qərar İran XİN başçısı Abbas Əraqçi ilə yüksək vəzifəli avropalı diplomatlar arasında telefon danışığından sonra qəbul edilib.