Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran və Ermənistan Araz çayı üzərindən ikinci sərhəd körpüsünün inşası barədə razılığa gəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq İrəvanda “Tasnim” agentliyinə bildirib.
Onun sözlərinə görə, tərəflər həmçinin mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının abadlaşdırılması barədə razılığa gəliblər. Bu addımlar yük daşımalarının asanlaşmasına və hərtərəfli tranzit paketinin formalaşmasına töhfə verəcək.
Nazir qeyd edib ki, Ermənistanda aparılan danışıqlarda dəmir yolu layihələrinə xüsusi diqqət yetirilib. Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolunun inkişafı ilə bağlı strateji plan razılaşdırılıb ki, bunun da region ölkələri arasında tranzit əlaqələrində səmərəli rol oynayacağı ehtimal olunur.