Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran və Türkmənistanın xarici işlər nazirləri Abbas Əraqçi ilə Rəşid Meredov oktyabrın 8-də enerji və nəqliyyat sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
“Təzadlar” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər telefon danışığı zamanı ikitərəfli əməkdaşlıqda son hadisələri və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Məlumata görə, diplomatlar siyasi, iqtisadi, elmi və mədəni sahələrdə hərtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı ortaq maraqlardan bəhs ediblər.
Nazirlər müntəzəm məsləhətləşmələri davam etdirmək, qarşılıqlı maraqların irəliləməsi üçün sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.