13 Aprel 2026 / 08:51

İrana qarşı Venesueladan daha yüksək səviyyədə tədbirlər görüləcək?

Ötən gün ABŞ Prezidenti Donald Tramp İran və Hörmüz boğazı ilə bağlı planlardan danışıb. Tezadlar.az xəbər  verir ki, Tramp bununla bağlı Fox News telekanalının suallarını cavablandırıb. O bildirib ki, Venesuela ilə bağlı görülən tədbirlərə bənzər, lakin daha yüksək səviyyəli bir yanaşma tətbiq oluna bilər. Onun sözlərinə görə, ABŞ “hamısı və ya heç nə” prinsipi ilə hərəkət edəcək və ölkələr ya Hörmüz boğazına tam çıxış əldə edəcək, ya da ümumiyyətlə əldə etməyəcək. O, ABŞ-ın tam blokada tətbiq edə biləcəyini də istisna etməyib və bir çox ölkənin bu prosesdə Vaşinqtona dəstək verəcəyini düşündüyünü bildirib. Tramp həmçinin NATO-nun ABŞ-a Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində kömək təklif etdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ NATO-dan əvvəl məyus olsa da, hazırda alyansın bu prosesdə iştirak etməyə hazır olduğu bildirilir. “Boğazın təmizlənməsi uzun çəkməyəcək, biz bunu edəcəyik”.

O əlavə edib ki, ABŞ və Böyük Britaniya mina təmizləyən gəmilər göndərəcək, həmçinin bir neçə digər ölkənin də bu əməliyyata qoşulacağı gözlənilir. Donald Trampın sözlərinə görə, Pakistanda aparılan danışıqlarda İranın nüvə silahı ilə bağlı ambisiyalarından imtina etməsi istisna olmaqla, əksər məsələlər üzrə razılıq əldə olunub. O, İranın yenidən danışıqlar masasına qayıdacağına inandığını da bildirib. Sitat: “Düşünürəm ki, onlar geri qayıdacaq və bizim istədiyimiz şərtləri qəbul edəcəklər”.

Bu hədədir, yoxsa təhdid?

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!