4 Mart 2026 / 00:50

“İranda nüvə silahı aşkarlanmadı” – AEBA-nın baş direktoru

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən aparılan araşdırmalar nəticəsində İranda nüvə silahının mövcudluğu təsdiqlənməyib.

Tezadlar.az  xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi bildirib.

Onun sözlərinə əsasən, həyata keçirilən yoxlamalar zamanı ölkədə nüvə silahına dair hər hansı sübut müəyyən olunmayıb.

Bununla belə, Qrossi vurğulayıb ki, İranın kifayət qədər şəffaf davranmaması onun nüvə proqramının tamamilə dinc məqsədlər daşıdığını qəti şəkildə deməyə əsas vermir.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!