İranda vəziyyət artıq farsca yox, ərəbcə də yox, ingiliscədir… Vəziyyət kritik həddə yaxınlaşır, ABŞ və İsrailin bombardmanları isə davam edir… Bu aradea İran prezidenti Məsud Pezeşkian-ın istefa vermək niyyətində olduğu barədə mediadakı iddialarla bağlı məlumat yenidən gündəmdədir. İddialara görə, o, yaxın ətrafı ilə söhbətlərində ölkə daxilində real səlahiyyətlərinin məhdudlaşdırıldığını açıq şəkildə dilə gətirib. Sosial mediada yazılanlardan bəlli olur ki, prezidentin yaxın çevrəsinə dediyi belədir: “Onlar (oxu: SEPAH) mənə demək olar ki, heç nə etməyə imkan vermir. Ölkədə baş verən əsas proseslərdən, xüsusilə hərbi və strateji qərarlardan tam kənarlaşdırılmışam. Mənə sadəcə, formal vəzifə verilib. Hətta bəzi hallarda Ali Rəhbərlə əlaqə saxlamaq, mövqeyimi bildirmək imkanım belə olmur. Bu şəraitdə özümü artıq sistem üçün lazım olmayan bir fiqur kimi hiss edirəm”.
Məlumatda o da bildirilir ki, prezidentin bu vəziyyətdən narazılığı son həftələrdə daha da artıb və o, istefa variantını ciddi şəkildə nəzərdən keçirir.
Bəs sonra nə baş verəcək? Hər gün bir yüksək vəzifəli məmur İsrail və ABŞ-ın raket zərbəsinə tuş gəlir…
A.Məmmədli