Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2025 / 17:21

İranda “Starlink”dən istifadə dövlətə xəyanət hesab olunacaq – qadağan edildi

İranda SpaceX peyk interneti rəsmən qadağan edilib.

TEZADLAR.AZ “24KZ”-yə istinadən xəbər verir ki, yeni qanuna görə, şəbəkədən istifadə dövlətə xəyanətə bərabərdir.

Qanunu pozanları külli miqdarda cərimələr, həmçinin şallaq və iki ilədək həbs şəklində fiziki cəza gözləyir.

“The Jerusalem Post” yazır ki, “Starlink” birbaşa peyk rabitəsi ilə təmin edir ki, bu da ona hökumət məhdudiyyətlərini, internet saytlarının bloklanması və senzuranı yan keçməyə imkan verir.

Nəşrin qeyd etdiyi kimi, qadağaya baxmayaraq, şirkətin 40 minə qədər cihazı ölkədə işləməyə davam edir. Onların əksəriyyəti ölkəyə qara bazar vasitəsilə daxil olub.

Qeyd edək ki, bu, hakimiyyət orqanlarının Ümumdünya İnternetə girişi məhdudlaşdırmaq üçün ilk cəhdi deyil. Bundan əvvəl İran VPN xidmətlərini, messencerləri və sosial şəbəkələri bloklayıb.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!