Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 11:36

İranda terror fəaliyyətində təqsirli bilinən daha iki şəxs barəsində edam hökmü icra edilib

İranda müxalif “Mücahidin-e Xalq” (İran xalqının mücahidləri təşkilatı) təşkilatı ilə əlaqədə ittiham olunan daha iki nəfər edam edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

Onlar partlayıcı qurğuların hazırlanmasında, həmçinin dövlət qurumlarına qarşı qumbaraatanla terror aktlarının törədilməsində təqsirli bilinib.

“İranın Ali Məhkəməsi hökmü təsdiq edib. Martın 31-i səhər məhkumlar edam olunub”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, dünən İran mediası “Mücahidin-e Xalq” qruplaşmasının iki üzvünün edamı barədə məlumat vermişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!