5 Aprel 2026 / 09:11

İranda vurulan ABŞ hərbi təyyarəsinin ikinci ekipaj üzvü də xilas edildi

Nəhayətş ABŞ prezidenti Donald Tramp da İranda vurulan F-15E qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib. Tezadlar.az Reuters-ə istinadka xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb. Sitat: “Biz onu xilas etdik! ABŞ Silahlı Qüvvələri son saatlarda tariximizin ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirdi. Mən böyük məmnuniyyətlə bildirirəm ki, o sağdır”, – deyə Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, pilot yaralansa da, onun vəziyyəti stabildir və tezliklə sağalacağı gözlənilir.

İranda hərbi əməliyyatlar isə davam edir. Tramp təslim olmaq və hörmüz boğazını açmaq üçün İrana 48 saat vaxt vermişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!