22 Mart 2026 / 19:50

İranın 7-ci cavab hücumları dalğasında Təl-Əviv yaxınlığındakı ərazilərə qəlpə düşüb

Bu gün səhər saatlarından bəri İranın 7-ci cavab hücumları dalğasında İsrailin paytaxtı Təl-Əviv yaxınlığında 4 əraziyə qəlpə düşdüyü və iki nəfərin yüngül yaralandığı bildirilib.

Tezadlar.az xəbər verir ki, “Yedioth Ahronot” qəzetinin məlumatına görə, İranın raket hücumundan qəlpələr İsrailin mərkəzi Holon və Bat Yam şəhərlərinə, eləcə də Beyt Daqan və Or Yahuda bölgələrinə düşüb.

İran raketlərinin ələ keçirilməsindən sonra düşən qəlpələr səbəbindən İsrailin mərkəzi hissəsindəki Bat Yamda iki nəfərin yüngül yaralandığı bildirilib.

Bu arada, İsrail hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildikdən sonra səpələnmiş qəlpələrin Tel-Əviv və Holonu Ramle və Lodla birləşdirən magistral yolda yanğına səbəb olduğu bildirilib.

Günün əvvəlində İrandan edilən əvvəlki cavab hücumunda biri ağır olmaqla 15 nəfərin yaralandığı açıqlanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!