Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidməti “Axar” xəbər saytında yer alan iddiaları təkzib edib. Tezadlar.az- a göndərilən məktubda deyilir: “İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidmətindən “Axar” xəbər saytına göndərilən cavabda bildirilib ki, həmin xəbər saytında dərc olunan qeyddə İran İslam Respublikasının Ermənistandakı səfiri haqqında Qarabağ separatçılarına dəstək missiyası və ya Ermənistan hökumətinə silah yardımı göstərməsi ilə bağlı səsləndirilən ittihamlar tamamilə əsassız və yalandır. Bu cavabda İran İslam Respublikasının Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasına dəstək verməklə bağlı prinsipial mövqelərini xatırladaraq, sözügedən xəbər saytında yer alan məzmunların müəllifin beyninin xəyalı və fərziyyələri olduğu bildirilir”.