Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Aprel 2026 / 10:20

İranın İsrailə raket hücumu nəticəsində xəsarət alanlar var

İrandan atılan raketlər nəticəsində İsrailin mərkəzində bir çox yerə ziyan dəyib və bir neçə nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, İsrail televiziya kanallarından Kanal 12 və Kanal 14-ə görə, paytaxt Təl-Əviv yaxınlığındakı Petah Tikvada bir neçə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

İsrailin mərkəzindəki müxtəlif yerlərdə ən azı bir nəfərin qəlpələrdən yaralandığı bildirilir.

İsrail dövlət televiziyası KAN da İrandan atılan raketlərdən sonra İsrailin mərkəzindəki müxtəlif ərazilərə qəlpələrin düşməsi ilə bağlı ilkin məlumatların gəldiyini açıqlayıb.

Bu arada, “Haaretz” qəzeti İranın İsrailin mərkəzindəki əraziyə kaset raketi atdığını və qəlpələrin Təl-Əviv ərazisindəki doqquz fərqli yerə düşdüyünü yazıb.

İsrail təcili tibbi yardım xidməti Magen David Adom (Davidin Qırmızı Ulduzu) hadisə yerinə paramediklərin və təcili tibbi yardım qruplarının göndərildiyini açıqlayıb.

Bəyanatda bildirilir ki, qruplar sığınacaqlara qaçarkən yaralı və şokda olan məhdud sayda insana kömək edir və ictimaiyyətə hadisələr barədə məlumat veriləcək.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!