21 Mart 2026 / 08:40

İranın neft daşıyan tankeri qalmayıb və…

ABŞ rəhbərliyi İranı daha çox Hörmüz boğazı ilə neft daşımaqda qınayır… “İranın ixrac üçün artıq nefti və dənizdə xam neft daşıyan heç bir tankeri yoxdur”- deyən İran Neft Nazirliyinin nümayəndəsi ABŞ-nin maliyyə naziri Skott Bennetin Tehranın “qara qızıl”ının sanksiyalardan potensial olaraq azad edilməsi təklifini şərh edərkən həm də bildirib ki, ölkənin dənizdə tankerlərdə demək olar ki, heç bir nefti və beynəlxalq bazarlara tədarük etmək üçün artıq nefti yoxdur. Tehran Skott Bennetin çıxışını Vaşinqton tərəfindən “psixoloji oyun” kimi qiymətləndirilib. İranın Neft Nazirliyi qeyd edib ki, bu bəyanat yalnız alıcılarda ümid yaratmaq və bazar psixologiyasına təsir göstərmək məqsədi daşıyır.

Tramp administrasiyası isə ABŞ-İsrail arasında Tehrana qarşı müharibənin başlanğıcından bəri yaranan enerji təchizatına təzyiqi azaltmaq üçün dünən dənizdə olan İran neftinin alınması üçün 30 günlük sanksiya güzəşti verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!