4 Mart 2026 / 05:46

İraqın ərazi sularında yeddi tanker ilişib qalıb

Neft tankerləri Hörmüz boğazını keçmək təhlükəsi səbəbindən irəliləyə bilmir

İraq nefti ilə yüklənmiş yeddi tanker Hörmüz boğazını keçmək təhlükəsi səbəbindən İraq sularını tərk edə bilmir.

Tezadlar.az bildirir ki, bu barədə ölkənin Dəniz Limanları İdarəsinin nümayəndəsi məlumat verib.

“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, İraq Limanları İdarəsinin nümayəndəsi “İraq ərazi sularında qalıb və Hörmüz boğazından təhlükəsiz keçidi gözləyir” deyib. O, əlavə edib ki, eyni səbəbdən “Çindən gələn üç gəmiçilik xəttində tanker daşınması dondurulub və bu da tankerlərin İraq sahillərinə çatmasına mane olub”. Nümayəndə həmçinin bildirib ki, “son bir neçə gündə sığorta xərclərinin artması səbəbindən İraqa dəniz yük daşımalarının qiymətləri 60% artıb”.

Eyni zamanda, İraq Neft Nazirliyi Hörmüz boğazı ətrafındakı vəziyyətə görə daxili enerji istehsalının və dəniz ixracının azalmasının “ölkənin neft emalı zavodlarının davamlı fəaliyyətinə təsir göstərmədiyini” bildirib. Nazirlikdən bildiriblər ki, “daxili bazar üçün bütün növ neft məhsullarının istehsalı normal davam edir”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!